Azərbaycanlı hakim beynəlxalq turnirlərə təyinat alıb

Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədri Gündüz Abdullayev beynəlxalq turnirlərə təyinat alıb.

Komanda.az xəbər verir ki, bu barədə ATF-nin mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq dərəcəli referi Estoniyanın paytaxtı Tallində bu gün startı verilən və aprelin 15-dək davam edəcək Avropa Qran-prisində, klublararası Avropa çempionatında və “Tallin open” beynəlxalq turnirində Azərbaycanı təmsil edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button