Azərbaycanlı hakim beynəlxalq təyinat alıb

Azərbaycanın futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov təyinat alıb.

Bu barədə Komanda.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında iş başında olacaq.

Əmiraslanov oktyabrın 29-da “Benfika” (Portuqaliya) – “Loznica-Grad 2018” (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq “Riqa” (Latviya) – “Luxol St.Andreus” (Malta) görüşündə üçüncü hakim fuksiyasını yerinə yetirəcək.

FİFA referisi oktyabrın 30-da keçiriləcək “Luxol St.Andreus” – “Loznica-Grad 2018” qarşılaşmasında isə birinci hakim olacaq.

Bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button