Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb

FİFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçisinin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi iyunun 11-28-i aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button