Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb

Azərbaycanın voleybol üzrə beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.

Komanda.az xəbər verir ki, Hacıyev Serbiya və Macarıstanda 17 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək.

11-23 iyul tarixlərində baş tutacaq qitə birinciliyində 16 komanda mübarizə aparacaq. 1-ci qrupun oyunları Serbiyanın Vrnjaçka Banja şəhərində, 2-ci qrupun oyunları isə Macarıstanın Bekescsaba şəhərində olacaq.

CEV-in təyinatına əsasən Zaur Hacıyev 2-ci qrupun oyunlarında ədaləti qoruyacaq. Bu qrupda meydan sahibləri ilə yanaşı, Belçika, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, Sloveniya və Türkiyə yer alıb. 1-ci qrupda isə Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, İtaliya, Polşa, Serbiya və Niderland mübarizə aparacaq.

Birincilikdə yarımfinallar iyulun 22-də baş tutacaq. Bir gün sonra çempion bəlli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button