Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı oldu
Albaniyanın paytaxtı Tiranada keçirilən 21 yaşadək taekvondoçular arasında Avropa çempionatının ən yaxşı hakiminin adı açıqlanıb.
Komanda.az xəbər verir ki, bu ada Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev layiq görülüb.
O, Avropa Taekvondo Birliyinin xüsusi hədiyyəsi ilə mükafatlandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin