Azərbaycanlı hakimə beynəlxalq təyinat
Azərbaycanın voleybol hakimi Eldar Zülfüqarov növbəti dəfə beynəlxalq təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Rumıniyada kişi voleybolçulardan ibarət “Arkada Qalati” və Bolqarıstanın “Hebar Pzardzik” komandaları arasında Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyununda iş başında olacaq.
Zülfüqarov sloveniyalı baş hakim Blaz Markeljin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qarşılaşma oktyabrın 12-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin