
Azərbaycanlı hakimə 2025-ci ildə ilk təyinat
Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov 2025-ci ildə ilk təyinatını alıb.
Komanda.az xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsinin son turunda reallaşacaq Türkiyənin “Əczaçıbaşı” və Fransanın “Levallua” klublarının görüşündə ədaləti qoruyacaq.
Qarşılaşma yanvarın 22-də İstanbulda keçiriləcək. Matçın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin