
Azərbaycanlı həkim beynəlxalq yarışa dəvət alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.
Komanda.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kazımova 22 yaşadək (U-22) qızların Avropa çempionatının final mərhələsində fəaliyyət göstərəcək.
Həmyerlimiz İtaliyanın Kopertino və Lecce şəhərlərində baş tutacaq oyunlara CEV-in tibbi nümayəndəsi kimi nəzarət edəcək.
Bu gün startı veriləcək yarış iyulun 6-na qədər davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin