Azərbaycanlı güləşçi dünya çempionatında yarımfinala çıxdı
Azərbaycanın son iki sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Komanda.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırova (Bəhreyn) qalib gəlib. O, 1/4 finalda Ceyms Qrini (ABŞ) də məğlubiyyətə uğradaraq, yarımfinala yüksəlib.
97 kq-da mübarizə aparan İslam İlyasov 1/8 final mərhələsində Aleksandr Xuştinlə (Belarus) bacarmayıb. Xuştin finala çıxsa, İlyasov sabah təsəlliverici görüşlərə qatılacaq.
Yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Bu gün 92 kq-da yarışan Osman Nurməhəmmədov da bürünc medal uğrunda görüşə çıxacaq. O, Omarhacı Məhəmmədovla (Belarus) qarşılaşacaq. Medal görüşlərinə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Azərbaycanın sərbəst güləşçilərindən hələ ki, təkcə Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.
Bizi Facebook-da izləyin