Azərbaycanlı futzalçıya ağır cəza – 12 aylığa uzaqlaşdırıldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçının 30-cu dəqiqəsində “Standard” klubunun futbolçusu Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 12 ay müddətinə yarışlardan kənarlaşdırılır.
Oyunun 38-ci dəqiqəsində “Star Karqo” klubunun futbolçusu Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
U-13 Qızlar Liqasının UGİM (Şəki) – UGİM (Qax) matçında UGİM (Şəki) komandası oyunun 15-ci dəqiqəsində meydanı özbaşına tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
U-13 Qızlar Liqasının “Qabaqçöl” (Balakən) – UGİM (Qax) matçında “Qabaqçöl” (Balakən) komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
Bizi Facebook-da izləyin