Azərbaycanlı futbolçuların Türkiyə kubokundakı növbəti rəqibləri bilindi
Türkiyə kubokunun qrup mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Renat Dadaşov, Həsən Nəzərov (“Ankaragücü”) və Vüsal İsgəndərlinin (“Boluspor”) komandalarının da rəqibləri müəyyənləşib.
“Ankaragücü” “Trabzonspor”, “Alanyaspor”, “Rizəspor”, “Fatih Karagümrük” və “İskəndərunspor”la birgə A qrupunda yer alıb.
“Boluspor” isə C qrupunda “Qalatasaray”, “Başakşəhər”, “Konyaspor”, “Eyüpspor” və “Çorum”la bir qrupa düşüb.
Reqlamentə əsasən, 6 komandadan ibarət olan qruplarda hər klub 3 oyun keçirəcək. Nəzərovla Dadaşovun komandası “İskəndərunspor”, “Rizəspor” və “Alanyaspor”la qarşılaşacaq. İsgəndərlinin formasını geyindiyi “Boluspor” isə “Qalatasaray”, “Eyüpspor” və “Çorum”la üz-üzə gələcək.
A qrupu: “Trabzonspor”, “Alanyaspor”, “Rizəspor”, “Ankaragücü”, “Fatih Karagümrük”, “İskəndərunspor”.
B qrupu: “Fənərbaxça”, “Kasımpaşa”, “Qaziantep”, “Göztəpə”, “İstanbulspor”, “Ərzurumspor”.
C qrupu: “Qalatasaray”, “Başakşəhər”, “Konyaspor”, “Eyüpspor”, “Çorum”, “Boluspor”.
D qrupu: “Beşiktaş”, “Sivasspor”, “Antalyaspor”, “Bodrumspor”, “Kocaelispor”, “Kırklarelispor”.
Bizi Facebook-da izləyin