Azərbaycanlı futbolçuların Rusiya derbisi “sülh”lə bitdi
Futbol üzrə Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçuların komandalarının dueli ilə əlamətdar olub.
Belə ki, Azər Əliyevin formasını geyindiyi “Ufa” səfərdə Ramil Şeydayev və Aleksandr Səmədovlu “Krılya Sovetov”un qonağı olub. Samarada baş tutan oyunda meydan sahiblərinin erkən qoluna qonaqlar 90-cı dəqiqədə cavab veriblər və sonda heç-heçə qeydə alınıb – 1:1.
Ötən tur qırmızı vərəqə alan Ramil bu oyunu cəza səbəbindən buraxıb. Səmədov start heyətdə meydana çıxsa da, 34-cü dəqiqədə əvəzlənib. Əliyev isə 77-ci dəqiqədə meydana buraxılıb.
27 turdan sonra “Krılya Sovetov” 28 xalla 13-cü, “Ufa” isə 26 xalla 14-cü sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin