Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

Futbol üzrə Rusiya Premyer Liqasında 7-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda son ölkə çempionu “Zenit”lə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Azərlə Turqay bu görüşün iştirakçısı olub. Əvvəlki turlarda meydana çıxan Əliyev bu dəfə ehtiyatda qalıb. Möhbalıyevin adı isə qarşılşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Ufa” 7 turdan sonra 10 xalla 16 kollektiv arasında 9-cu sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button