Azərbaycanlı futbolçuların komandası yenə xalsız qaldı

Futbol üzrə Ukrayna Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Zarya” ilə qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Bir neçə gün öncə zədələnən və bu mövsüm bir daha meydana çıxmayacağı dəqiqləşən Nuriyev bu görüşün iştirakçısı olmayıb. Rüstəm isə start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

“Minay” 24 turdan sonra 18 xalla 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button