Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

Futbol üzrə Rusiya Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Krasnodar”la üz-üzə gəlib. Başqırdıstan təmsilçisi ilk turda olduğu kimi, bu oyundan da məğlubiyyətlə ayrılıb. Özü də eyni hesabla – 2:3.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Turqay isə qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button