Azərbaycanlı futbolçuların komandası səfərdən xalsız döndü
Futbol üzrə Ukrayna Premyer Liqasında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Lvov”la qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Onlar start heyətdə meydana çıxıblar və sonadək oynayıblar.
“Minay” 22 turdan sonra 18 xalla 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin