Azərbaycanlı futbolçuların komandası kubokda məğlub oldu

Türkiyə kubokunun qrup mərhələsində 2-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“İskenderunspor” – “Trabzonspor” matçında qalib müəyyənləşməyib. “Rizəspor”un qonağı olan “Ankaragücü” məğlubiyyətə üzülüb. Ankara təmsilçisinin azərbaycanlı futbolçularından Renat Dadaşov bu görüşdə iştirak etməyibsə, Həsən Nəzərov ikinci hissədə döyüşə atılıb. “Fənərbaxça” “Ərzurumspor”u 5 cavabsız qolla yenib. “Bodrumspor” da “Antalyaspor”a qalib gəlib.

Türkiyə Kuboku
Qrup mərhələsi, 2-ci tur
5 fevral

A qrupu

İskenderunspor – Trabzonspor 2:2
Qollar
: M.Beşir, 27; 55 – Bataqov, 50. E.Destan, 70.

Rizəspor – Ankaragücü 2:1
Qollar
: Vareşanoviç, 10. Yureçka, 15-pen – Koelyo, 77.

Xallar: Trabzonspor – 4. Karagümrük – 3. Rizəspor – 3. İskenderunspor – 2. Ankaragücü – 1. Alanyaspor – 0.

B qrupu

Fənərbaxça – Ərzurumspor 5:0
Qollar
: Taliska, 33. C.Tosun, 50-pen. M.Yandaş, 78. En Nesiri, 81; 89.

Xallar: Fənərbaxça – 6. Qaziantep – 3. Göztəpə – 3. Kasımpaşa – 0. İstanbulspor – 0. Ərzurumspor – 0.

D qrupu

Bodrumspor – Antalyaspor 3:1
Qollar
: G.Bayrakdar, 6; 84. Z.Dimitrov, 11 – Taunsend, 57.

Xallar: Beşiktaş – 6. Bodrumspor – 4. Sivasspor – 3. Antalyaspor – 3. Kırklarelispor – 1. Kocaelispor – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button