
Azərbaycanlı futbolçuların komandası ilk oyunda məğlub oldu
Futbol üzrə Rusiya Premyer Liqasında 2019/20 mövsümünün ilk turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da ilk matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ural”la üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Turqay isə qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin