Azərbaycanlı futbolçuların komandası evdə xal itirdi

Futbol üzrə Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Çernomorets “Odessa”sı ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Rüstəmlə Eldar bu oyunun iştirakçısı olmayıb. Onların adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Yeddi turdan sonra 5 xalı olan “Minay” 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button