
Azərbaycanlı futbolçuların komandalarından heç-heçə – Latviyada
Futbol üzrə Latviya çempionatında 7-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” bu turda milli komandamızın sabiq hücumçusu Vüqar Əsgərovun komandasının – “Super Nova”nın qonağı olub.
Bu qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər meydanı qolsuz və hərəyə 1 xalla tərk ediblər.
Azərbaycanlı futbolçuların heç biri bu görüşün iştirakçısı olmayıb. Vüqarın adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib. Asim isə sonadək ehtiyatda qalıb.
7 turdan sonra 9 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı, 3 xala malik “Super Nova” isə 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin