Azərbaycanlı futbolçuları bu dəfə “Soçi” məyus etdi

Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Soçi” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Ayaz start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. İlya isə 80-ci dəqiqədə meydana buraxılıb.

“Ximki” 17 turdan sonra 12 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button