
Azərbaycanlı futbolçuları bu dəfə ÇSKA məyus etdi
Futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva ÇSKA-sı ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Onların hər ikisi start heyətdə matça başlayıb. Ayaz sonadək oynayıbsa, İlya fasilədə əvəzlənib.
“Ximki” 22 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin