Azərbaycanlı futbolçulardan biri oynadı, “Ximki” uduzdu
Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – İlya Sadıqov və Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Zenit”lə qarşılaşıb və 2:3 hesablı məğlubiyyətə üzülüb. Sadıqov bu matçın 75-ci dəqiqəsində meydana buraxılıb. Baş məşqçi Spartak Qoqniyevlə ciddi problemləri olan Quliyevin adı isə oyunun iştirak ərizəsinə də daxil edilməyib.
“Ximki” 19 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin