Azərbaycanlı futbolçular yenə darmadağına üzüldülər
Futbol üzrə Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Ural”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Start heyətdə meydana çıxan Quliyev sonadək oynayıb, 29-cu dəqiqədə sarı vərəqə alıb. Sadıqov isə 46-cı dəqiqədə meydana buraxılıb.
“Ximki” 29 turdan sonra 18 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin