Azərbaycanlı futbolçu üçün “Simurq”un sabiq baş məşqçisi

Rusiyanın “Ximki” klubuna yeni baş məşqçi təyin olunub.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin sabiq üzvü Kamran Əliyevin formasını geyindiyi 1-ci divizion klubu Sergey Yurana tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Simurq”un sabiq baş məşqçisi ilə müqavilənin detalları açıqlanmayıb.

Xatırladaq ki, ukraynalı mütəxəssis 2011-ci ildə “Simurq”un baş məşqçisi olub. Millimizin 21 yaşlı sabiq yarımmüdafiəçisi isə bu mövsüm 23 oyuna çıxıb və 8 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button