Azərbaycanlı futbolçu turun rəmzi komandasında
“Samtrediya”nın formasını geyinən azərbaycanlı futbolçu Nicat Qurbanov Gürcüstan çempionatının 6-cı turunun rəmzi komandasında yer alıb.
Komanda.az xəbər verir ki, çempionatın 6-cı turu çərçivəsində keçirilən “Merani” ilə oyunun 54-cü dəqiqədə penaltidən fərqlənən Qurbanov hücumçu kimi fərqləndirilib.
“Samtrediya” bu oyundan 2:1 hesablı qələbə ilə ayrılmışdı.
28 yaşlı yarımmüdafiəçi vurduğu qolu əsgər salamı ilə qeyd etmışdi. Bununla o, son günlərdə ermənilərlə döyüşlər zamanı şəhid olan Azərbaycan hərbçilərini anıb.
6 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin