Gürcüstan klubu azərbaycanlı futbolçu ilə yollarını ayırdı

Azərbaycanlı futbolçu Tural Rzayev formasını geyindiyi “Merani” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Gürcüstan təmsilçisinin rəsmi “facebook” səhifəsi məlumat yayıb. “Merani” 26 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Daha əvvəl Azərbaycanda “Kəpəz”in formasını geyinən Rzayev, Litvanın “Yonava” klubunda da çıxış edib. Yarımmüdafiəçi bu ilin yanvarında “Kəpəz”dən “Merani”yə keçib. Onun Gürcüstan karyerası cəmi bir ay çəkib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button