Azərbaycanlı futbolçu Rusiyada turun rəmzi komandasına düşdü

“Zenit”də çıxış edən Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi komandasına düşüb.

Komanda.az xəbər verir ki, müdafiəçi 17-ci turun “11-liy”inə seçilib.

O, “Rubin”ə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmaya start heyətində başlayıb və görüşü əvəz olunmadan keçirib.

Mirzəliyeva 10 və 13-cü turda da həftənin rəmzi “11-liy”ində yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button