Azərbaycanlı futbolçu Rusiyada növbəti dəfə turun rəmzi yığmasına düşdü

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi yığmasına düşüb.

Komanda.az xəbər verir ki, “Zenit”in formasını geyinən müdafiəçi 10-cu turun rəmzi komandasına seçilib.

Mirzəliyevanın komandası sözügedən turda “Zvezda-2005”lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Start heyətində yer alan Azərbaycan millisinin üzvü matçı əvəzlənmədən keçirib.

Nigar daha əvvəl 8-ci turun rəmzi yığmasına da düşmüşdü. Onun komandası hazırda 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button