Azərbaycanlı futbolçu Latviya klubunda
“Səbail”in yarımmüdafiəçisi Orxan Qurbanlı bundan sonra karyerasını Latviyanın “Dauqavpils” klubunda davam etdirəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Səbail”in mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Qurbanlı mövsümün sonuna qədər icarə əsasında “Dauqavpils”də çıxış edəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Qurbanlı 2016-cı ildə də “Dauqavpils”də icarədə oynayyıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin