Azərbaycanlı futbolçu: “Kiyevin meri olmaq istəyirəm”

Ukrayna milli komandasının və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Aleksandr Əliyev paytaxt meri olmaq istəyir.

Komanda.az xəbər verir ki, əslən azərbaycanlı keçmiş yarımmüdafiəçi bu barədə “İnstaqram” hesabında açıqlama verib. Əliyev bu vəzifəyə seçilməklə, idmanı dirçəltmək istəyini ifadə edib:

“Məmnuniyyətlə Kiyev meri olardım. İdmanı nə qədər ayağa qaldırardım”.

Qeyd edək ki, daha əvvəl Aleksandr Əliyev Ukrayna Premyer Liqası və hətta Ukrayna Futbol Federasiyasına rəhbərlik etmək arzusunu dilə gətirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button