
Nəbiyev Çexiyada növbəti qolunu vurdu
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi Çexiyanın “Viktoriya” (Jijkov) komandası yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, “Slovan”ın əvəzedici komandasına qarşı keçirilən matç 3:3 hesabıyla bitib.
Fərid Nəbiyev də sözügedən matçın iştirakçısı olub. 22 yaşlı yarımmüdafiəçi komandasının sonuncu qolunu vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin