Azərbaycanlı futbolçu Ermənistan klubu ilə oyunlar üçün sifariş edilib
Albaniyanın “Eqnatiya” klubu yenicə transfer etdikləri Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlini UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyunları üçün sifariş edib.
Komanda.az xəbər verir ki, İsgəndərli Ermənistan “Ararat”ına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarında iştirak edə bilər.
Vüsal İsgəndərli “Eqnatiya” ilə 3 illik müqavilə bağlayıb.
Albaniya klubu “Ararat”a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin