Azərbaycan millisinin futbolçusu Cənubi Koreya klubunda?
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) komandasından ayrılır.
Komanda.az xəbər verir ki, bu barədə polşalı jurnalist Şimon Yançik sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.
O, Krivotsyukun karyerasını Cənubi Koreyada davam etdirəcəyini yazıb. 25 yaşlı oyunçunun xidmətində maraqlı olan klubun adı açıqlanmır.
Xatırladaq ki, Anton Krivotsyuk Plotsk “Visla”sına 2021-ci ilin yayında təqribən 70 000 avro qarşılığında keçib. O, sözügedən komandada 28 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin