Azərbaycanlı futbolçu Albaniya klubu ilə müqavilə bağladı
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubuna keçib.
Komanda.az xəbər verir ki, bu barədə klubun prezidenti Agim Demrozi “PanoramaSport” nəşrinə açıqlama verib.
O, 28 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandığını bildirib.
İsgəndərli ötən mövsümü “Sumqayıt”da keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin