
Azərbaycanlı FİFA referisinə təyinat
Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, mayın 9-dan 12-dək final mərhələsi bu il ABŞ-ın San Dieqo şəhərində keçiriləcək dünya oyunlarının Avropa zonası üzrə seçmə mərhələsinin görüşlərini idarə edəcək.
Bu mərhələnin oyunları İspaniyanın Salou şəhərində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin