Azərbaycanlı FIFA referisi “Napoli”nin oyununa təyinat aldı

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya) oyununun baş hakimi olacaq.

Komanda.az xəbər verir ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş noyabrın 4-də Çerkola şəhərində yerləşən “Cüzeppe Pikkolo” stadionunda, Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button