Elçin Məsiyev Konfrans Liqasının oyununu idarə edəcək
Azərbaycanlı FİFA referisi Elçin Məsiyev Konfrans Liqasının oyununa təyinat alıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Məsiyev, Moldovanın “Petrokub” və Şimali Makedoniyanın “Sileks” komandaları arasında keçiriləcək 1-ci təsnifat mərhələsinin cavab oyununu idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
İyulun 15-də keçiriləcək “Petrokub” – “Sileks” matçı saat 21:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin