
Əliyar Ağayev Çempionlar Liqasının oyununda
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 13-də, Avstriyada keçiriləcək LASK – “Bazel” (İsveçrə) qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin