
Əliyar Ağayev Konfrans Liqasının oyununda
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev beynəlxalq təyinat alıb.
Komanda.az xəbər verir ki, Ağayev, Konfrans Liqasının 3-cü mərhələsinin “Fola” (Lüksemburq) – “Linfild” (Şimali İrlandiya) matçının baş hakimi olacaq. Ona yan xətt hakimləri Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər. Oyunun dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
“Fola” – “Linfild” matçı avqustun 12-də keçiriləcək. Komandalar arasındakı ilk matçda “Fola” 2:1 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin