
Əliyar Ağayev Avropa Liqasının oyununda
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev beynəlxalq təyinat alıb.
Komanda.az xəbər verir ki, Ağayev, UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun AEK (Yunanıstan) – “Zarya” (Ukrayna) matçının baş hakimi olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Noyabrın 26-da keçiriləcək AEK – Zarya matçı saat 21:55-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin