
Əliyar Ağayev Avropa Liqasının oyununda
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, Ağayev, 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Slovan” (Çexiya) matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
“Styaua” – “Slovan” matçı sentyabrın 24-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin