Azərbaycanlı federasiya rəsmisi avrokubok oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova avrokuboklara təyinat alıb.

AVF-dən Komanda.az-a verilən məlumata görə, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü qadın voleybolçular arasında Çempionlar Liqasında keçiriləcək B qrupunun “Prometey Dnipro” (Ukrayna) – “CS Volei Alba Blaj” (Rumıniya) matçının supervayzeri olacaq.

CEV-in təyinatlarına əsasən, İsmayılova görüşün hakimləri macarıstanlı Peter Şabo və fransalı Kristof Lekurun işinə qiymət verəcək.

Qarşılaşma bu gün Çexiyanın Kutna Hora şəhərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button