Azərbaycanlı cüdoçular Ekvadora gedir
Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcək.
Cüdo federasiyasından Komanda.az-a verilən məlumata görə 10-13 avqust tarixlərində Ekvadorun Quayaquil şəhərində gənclər arasında dünya çempionatı keçiriləcək. 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək. İdmançılarımız 5 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
10 avqustda -60 kq çəkidə Turan Bayramov, 11 avqustda -73 kq çəkidə Vüsal Qələndərzadə və Qadir Hüseynov, 12 avqustda -81 kq çəkidə Elcan Hacıyev və Məhərrəm İmamverdiyev, -90 kq çəkidə Vüqar Talıbov, 13 avqustda isə -100 kq çəkidə Ruslan Nəsirli və +100 kq çəkidə Kənan Nəsibov tatamiyə çıxacaq.
Cüdoçular baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcək.
Bizi Facebook-da izləyin