
Azərbaycanlı cüdoçu İspaniya kubokunda bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Valensiya şəhərində keçirilmiş İspaniya kubokunda mükafatçılar sırasına düşüb.
Bu barədə Komanda.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
O, yarışda bürünc medal əldə edib.
Beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən artıq idmançı mübarizə aparıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



