![tofiq quliyev](https://komanda.az/wp-content/uploads/2024/04/0b4cc51c-adf9-377b-b1f2-1aa2ddf8b02e_850-780x470.jpg)
Azərbaycanlı bilyardçı Avropa çempionu olub
Azərbaycan idmançısı Tofiq Quliyev bilyard üzrə Avropa çempionu olub.
Bu barədə Komanda.az-a Azərbaycan Bilyard Federasiyasından məlumat verilib.
O, Moldovanın paytaxtı Kişinyovda keçirilən bilyardın piramida növü üzrə Avropa çempionatında qızıl medal qazanıb. Yarışda 7 ölkədən 70 bilyardçı mübarizə aparıb.
İkinci yeri ukraynalı Dmitro Pokotilski tutub. Digər təmsilçimiz Niyazi Xələfov isə 3-cü yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin