
Azərbaycanlı badmintonçular “gümüş” qazandılar
Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda International Challenge 2023” turnirində gümüş medal qazanıblar.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, onlar kişi badmintonçuların qoşa kateqoriyasında beynəlxalq turniri ikinci pillədə bitiriblər.
Mübarizəyə 1/16 finaldan başlayan cütlük İsveçrə, Maldiv adaları, Norveç və Fransanı təmsil edən rəqiblərini məğlub edərək finala çıxıblar.
Edi-Ezmi tandemi həlledici görüşdə Tailand badmintonçularına 0:2 (19:21,18:21) hesabı ilə uduzublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin