
Azərbaycanlı badmintonçu İndoneziyada bürünc medal qazanıb
Azərbaycanın yeniyetmə badmintonçusu Əli Gözəlov İndoneziyada təşkil olunan beynəlxalq turnirdə bürünc medal qazanıb.
Bu barədə Komanda.az-a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, “BLC Open” turnirində oğlanların qoşa yarışında üçüncü olub.
Yeniyetmə badmintonçu şəxsi yarışda isə 1/4 finala kimi irəliləyib.
Əli Gözəlov təhsilini İndoneziyada davam etdirir və buradakı təlim-məşq toplanışlarına qatılır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin