![](https://komanda.az/wp-content/uploads/2025/02/cdc6efdd-5ee8-3d9b-894b-eae5af6a5269_850-780x470.jpg)
Azərbaycanlı atletdən Serbiyada qızıl medal
Azərbaycan atleti Rüstəm Məmmədov Serbiyanın paytaxtı Belqradda qapalı məkanda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.
Komanda.az Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı üç təkanla tullanmada 16.30 metr göstərici ilə bütün rəqiblərini qabaqlayıb.
Sonuncu dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.
Yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunur. Balkan çempionatında 9 ölkədən 12 atlet iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin