“Bu yolun sonunda bizim üçün zəfər var” – Ramil Quliyev

Azərbaycanlı atlet, beynəlxalq yarışlarda Türkiyəni təmsil edən Ramil Quliyev cəbhədə baş verənlərlə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Demirören Haber Ajansı”na (DHA) danışan Ramil, Azərbaycan ordusunun işğal altında olan torpaqların azad olunması üçün keçirdiyi əks-hücum əməliyyatları barədə bunları deyib:

“Biz azərbaycanlılar 30 ildir ki, torpaqlarımızın işğaldan azad olunmasının həsrətiylə yaşayırıq. İndi isə ən təbii haqqımızı istifadə edərək, torpaqlarımızı işğaldan azad etmək üzrəyik. Bu mübarizə haqq mübarizəsidir, bu yol haqq yoludur. İnşallah, bu yolun sonunda bizim üçün zəfər var. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə-Azərbaycan”.

Quliyev, 200 metr məsafəyə qaçış üzrə dünya və Avropa çempionudur. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button